Bakıda sıxlıq olan küçə və prospektlər açıqlanıb.

"Unikal" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

Hal-hazırda yollardakı vəziyyət:

1. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər;

2. Tbilisi prospekti, İzmir küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində;

3. Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz istiqamətində;

4. Bakı-Sumqayıt şosesi, "Xırdalan" dairəsi istiqamətində;

5. Yusif Səfərov küçəsi, Heydər Əliyev prospekti istiqamətində;

6. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində;

7. Xətai prospekti, Heydər Əliyev prospekti istiqamətində;

8. Babək prospekti, mərkəz istiqamətində;

9. Neftçilər prospekti, Yusif Səfərov küçəsi istiqamətində;

10. Niyazi küçəsi, "Azneft" dairəsi istiqamətində;

11. Atatürk prospekti, Ziya Bünyadov prospekti istiqamətində;

12. Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən Atatürk prospekti ilə kəsişməyə qədər;

13. Əbdülvahab Salamzadə küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

14. Bakıxanov küçəsi, İnşaatçılar prospekti ilə kəsişmədən "Dədə Qorqud" parkı istiqamətində;

15. Rəşid Behbudov küçəsi, Mərkəzi Bank istiqamətində sıxlıq müşahidə olunur.