Tiranada keçirilən Avropa Siyasi Birliyinin VI Zirvə Toplantısı çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan ayaqüstü söhbət ediblər. 

"Unikal" xəbər verir ki, Paşinyan İlham Əliyevə kofe içməyi təklif edib: "Gedək bir kofe içək". İlham Əliyev bu təklifə "Mən yaxınlaşaram, indi söhbət edirəm" deyə cavab verib.

Daha sonra Azərbaycan Prezidenti və Ermənistanın Baş naziri arasında danışıqlar baş tutub.