Rusiyadan daha bir idmançı Azərbaycan pasportu alıb.
"Unikal" Sputnik Azərbaycan-a istinadən xəbər verir ki, əslən azərbaycanlı xizəkçi Zahir Cəfərov ölkəmizin adından çıxış edəcək.
Nijniy Novqorodda doğulan Zahir növbəti mövsümdən Azərbaycanın qış idman növləri üzrə milli komandasında yer alacaq. 26 yaşlı idmançı xizəklə tullanma və xizəksürmə növlərinin daxil olduğu Nordic kombinasiyasında Rusiya yığmasında çıxış edib.
Cəfərov dəfələrlə Rusiya çempionatlarında mükafatlar qazanıb, ölkəni beynəlxalq yarışlarda təmsil edib.
Qeyd edək ki, rusiyalı fiqurlu konkisürən Veronika Jilina da buyaxınlarda Azərbaycan vətəndaşlığını qəbul edib. Amma hələlik Rusiya Fiqurlu Konkisürmə Federasiyası idmançının Azərbaycan bayrağı altında çıxışını təsdiqləməyib.