Martın sonunda Türkiyədə həbs edilən isveçli jurnalist Yoahim Medin sərbəst buraxılıb.
"Unikal" xəbər verir ki, bu barədə İsveçin Baş naziri Ulf Kristersson X sosial şəbəkəsində məlumat verib. Jurnalist artıq vətəninə uçur.
"Yoahim Medin Türkiyədən İsveçdəki evinə yollanır. Bir neçə saatdan sonra təyyarəsi yerə enəcək", - deyə baş nazir yazıb.
Kristersson jurnalistin azad edilməsində göstərdikləri köməyə görə İsveç Xarici İşlər Nazirliyinə və onun avropalı həmkarlarına təşəkkür edib.
Qeyd edək ki, martın 30-da isveçli jurnalist Yoahim Medina ölkə lideri Rəcəb Tayyib Ərdoğanı təhqir etməkdə və terror qruplaşmasına üzv olmaqda ittiham edilərək Türkiyədə həbs edilib.