2023-2024-cü tədris ilində ABŞ-də 1130 azərbaycanlı tələbə təhsil alıb ki, bu da əvvəlki illərlə müqayisədə 25,4 faiz çoxdur.

"Unikal" xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı səfirliyinin işlər vəkili Huqo Gevara bildirib.

Onun sözlərinə görə, son bir neçə onillikdə 8 mindən çox Azərbaycan vətəndaşı Birləşmiş Ştatlarda ali təhsil alıb.