Cəlilabad rayonunun Astanlı kənd sakini, 102 yaşlı II Dünya müharibəsi veteranı Əbiş İbiş oğlu Zamanova Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko təbrik məktubu göndərib. 

"Unikal"ın məlumatına görə, Əbiş Zamanov Belarus torpağında alman faşizminə qarşı vuruşduğuna görə prezident Lukaşenko onu qələbənin 80 illiyi münasibəti ilə təbrik edib. 

Qeyd edək ki, Əbiş Zamanov 1923-cü ildə Cəlilabadın Astanlı kəndində anadan olub. O, Cəlilabadda yaşayan sonuncu II Dünya müharibəsi iştirakçısıdır.

Xəlil Əliyev