Abşeronda iaşə obyektində törədilən qətlin təfərrüatları məlum olub.

"Unikal" Xezerxeber.az-a istinadən xəbər verir ki, ötən gün Xırdalan şəhərində obyektdə oturan 3 nəfər arasında mübahisə düşüb. Kafe sahibi bildirir ki, onların mübahisəsini görüb və çölə çıxmalarını xahiş edib.

İddialara görə, borc üstündə başlayan mübahisə nəticəsində 35 yaşlı Heybət Quliyev qətlə yetirilib. Mübahisəyə 8 manat borcun səbəb olduğu bildirilir.

Hadisə baş verən əraziyə dərhal hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

DİN-in Mətbuat xidmətindən bildirilib ki, cümə günü saat 22 radələrində qətl törədilməsi ilə bağlı polisə məlumat daxil olub. Cinayət əməlini törətməkdə şübhəli bilinən 27 yaşlı İlkin Novruzov saxlanılaraq istintaqa təhvil verilib.