Kənd Təsərrüfatı Nazirliyi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 2 may tarixli 275s nömrəli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin, elmi müəssisə və təşkilatlarının 2025-ci il üçün doktorant hazırlığı üzrə qəbul planları”na əsasən Azərbaycan Dövlət Aqrar Universiteti və elmi tədqiqat institutlarına fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul elan edir.
Bu barədə "Unikal"a nazirlikdən məlumat verilib.
Fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olmaq istəyən şəxslər portal.edu.az üzərindən “Şəxsi kabinet” vasitəsilə müraciət edə bilərlər. Sistem üzərindən müraciət üzrə cari və növbəti addımları izləmək də mümkündür. Müraciətlərinə müəssisə tərəfindən müsbət rəy verilən şəxslər xarici dil imtahanlarında iştirak edə biləcəklər.
Sənəd qəbulu prosesinə 13 may saat 11:00-dan etibarən başlanılıb. Sənəd qəbulu 2 iyun tarixində başa çatacaq.
Əkinçilik Elmi-Tədqiqat İnstitutu Fəlsəfə doktoru proqramı üzrə doktorantura, büdcə hesabına
“Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutu” publik hüquqi şəxs Fəlsəfə doktoru proqramı üzrə doktorantura, büdcə hesabına
Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutu Fəlsəfə doktoru proqramı üzrə doktorantura, büdcə hesabına
Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutu Fəlsəfə doktoru proqramı üzrə doktorantura, büdcə hesabına
Baytarlıq Elmi-Tədqiqat İnstitutu Fəlsəfə doktoru proqramı üzrə doktorantura, büdcə hesabına
Heyvandarlıq Elmi-Tədqiqat İnstitutu Fəlsəfə doktoru proqramı üzrə doktorantura, büdcə hesabına
Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutu Fəlsəfə doktoru proqramı üzrə doktorantura, büdcə hesabına
Azərbaycan Dövlət Aqrar Universiteti Fəlsəfə doktoru proqramı üzrə doktorantura, dövlət sifarişli və ödənişli əsaslarla
|