Qazaxıstanın cənubunda, Qızılorda vilayətinin çölündə An-2 təyyarəsi təcili eniş edib və əlaqə tamamilə kəsilib. 

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki,  təyyarə yoxa çıxdıqdan 8 saat sonra  Qazaxıstan FHN qüvvələri tərəfindən tapılıb.

Bildirilir ki, təyyarədə üç nəfər olub. Təcili enişdən sonra  ekipajla əlaqə kəsilib, onların yeri naməlum olaraq qalıb. 

Axtarışlar gecə saatlarına qədər davam edib. Nəticədə səkkiz saatdan sonra xilasedicilər təyyarəni çöllük ərazidə tapıb və ekipajı ən yaxın yaşayış məntəqəsi olan Terenözək kəndinə təxliyə ediblər. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, təyyarədə olanların heç birinə tibbi yardım lazım olmayıb.