"Bizim yerli torpaqlarımız, qısamüddətli və uzunmüddəti icarəyə verilən torpaqlardan istifadə olunması, pay torpaqlarında ev tikilməsi məsələsinin müzakirəsinə ehtiyac var”.

"Unikal" xəbər verir ki, bunu Milli Məclisin Aqrar siyasət komitəsinin bu gün keçirilən iclasında deputat Cavanşir Paşayev deyib. 

O bildirib ki, vərəsəliklə bağlı da çox sayda işlər məhkəmələrdədir: “Pay torpaqlarında evlər tikilib, bu, böyük problemlər yaradır. Valideyn 30 il qabaq pay torpağı alıb, orada ev tikib, indi valideyn yoxdur. Bu evlərin yeri düz gəlmir. Vərəsələr bunu bölə bilmir, problemlər yaranır".

Anar Kəlbiyev