Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ADBTİA) 4-cü kurs tələbəsi Əşrəf Mirzəyev ölüb.

"Unikal" xəbər verir ki, bu barədə şəhid Vüsal Vəliyevin qardaşı Elyar İslamoğlu sosial şəbəkə hesabında yazıb.

O qeyd edib ki, Ə.Mirzəyev yol-nəqliyyat hadisəsində həyatını itirib.