İmişli rayonunun Qaralar kəndinin qazla təchizatı dayandırılıb.
"Unikal"ın məlumatına görə, Qaralar kəndini təbii qazla təmin edən 108 mm-lik qaz kəmərinin yeraltı keçid hissəsində aşkar edilmiş qaz sızmasının aradan qaldırılması məqsədilə təmir işləri başa çatanadək ümumilikdə 280 abonentin qaz təminatı kəsilib.