London polisi Britaniyanın baş naziri Keir Starmerin evinə yanğın törətməkdə şübhəli bilinən üçüncü şəxsi həbs edib.

"Unikal" xəbər verir ki, bu barədə London Polis Xidmətinin saytında məlumat verilib.

"34 yaşlı kişi bu gün səhər, mayın 19-da, "Chelsea SW3"də yandırma və həyat təhlükəsi törətməklə sui-qəsddə şübhəli bilinərək həbs olundu", - deyə məlumatda bildirilib.

Xatırladaq ki, hadisə mayın 12-də baş verib. Yanğın qeydə alınan ünvan Kir Starmerin Baş nazir seçilməmişdən öncə həyat yoldaşı və övladları ilə birlikdə yaşadığı ev olub. O, seçkidə qələbə qazandıqdan sonra Baş nazirlərin rəsmi iqamətgahı olan “10 Downing Street”ə köçüb.