Ermənistan-Gürcüstan sərhədində 2,8 bal gücündə zəlzələ baş verib.
"Unikal" xəbər verir ki, bu barədə Ermənistanın Seysmoloji Xidməti məlumat yayıb.
Zəlzələnin episentri Şirak rayonunun Bavra kəndindən 10 kilometr cənub-şərqdə yerləşib.
Episentrdə yeraltı təkanların gücü 12 ballıq şkala üzrə 3-4 bal təşkil edib.
Yeraltı təkanlar Bavra, Saraqyux və Aşotsk yaşayış məntəqələrində hiss olunub, onların gücü 2-3 bala çatıb.
*** 11:14
Gürcüstan-Ermənistan sərhədi yaxınlığında zəlzələ baş verib.
"Unikal" xəbər verir ki, yeraltı təkanlar Tbilisi vaxtı ilə saat 10:11-də qeydə alınıb.
Zəlzələnin episentri Gürcüstan-Ermənistan sərhədindən təxminən 3 kilometr məsafədə yerləşib. Seysmik hadisənin maqnitudası 3.5 təşkil edib.