İsrail millisinin sabiq yarımmüdafiəçisi Qadi Kinda vəfat edib.

"Unikal"  "13tv"yə istinadən xəbər verir ki, orta xətt oyunçusu 31 yaşında onkoloji xəstəlik səbəbindən həyatla vidalaşıb.

Mayın əvvəlində Hayfa şəhərindəki xəstəxanaya yerləşdirilən, vəziyyəti yaxşılaşmadığı üçün daha sonra Təl-Əvivdəki tibb mərkəzinə köçürülən Qadi orada dünyasını dəyişib.

Qeyd edək ki, Kinda son olaraq Hayfa "Makkabi"sinin uğurları üçün çalışıb. O, 2021-2024-cü illər aralığında İsrail seçməsində 10 matça çıxaraq 2 qol müəllifi olub.