2013-cü ildən etibarən 10 il ərzində çempion adını daşımış norveçli qrosmeyster Maqnus Karlsen rekorda imza atıb.

"Unikal" "Kommersant" nəşrinə istinadla xəbər verir ki, şahmatçı 143 min nəfərə qarşı görüş keçirməklə bu nailiyyəti əldə edib.

Aprelin 4-dən bəri "Chess.com" platformasında keçirilmiş "Fişer şahmatı" üzrə (burada piyada istisna olmaqla bütün fiqurlar təsadüfi şəkildə düzülür) "qalan dünya"ya qarşı görüşdə norveçlinin bu qədər sayda rəqibi olub.

Şahmatçının rəqibləri hər bir gedişlərini onlayn-səsvermə yolu ilə seçiblər. Oyun gedişlərin təkrarlanması ilə 32-ci gedişdə bərabərliklə başa çatıb.