Ukrayna prezidenti Volodimir Zelenski Kiyevin müttəfiqləri ilə Rusiya ilə birbaşa danışıqların növbəti mərhələsini müzakirə etdiyini bildirib.
"Unikal" xəbər verir ki, onun sözlərinə görə, Ukrayna və onun müttəfiqləri ABŞ prezidenti Donald Trampla dünənki söhbətdən sonra detalları müzakirə edirlər. O vurğulayıb ki, Vaşinqton sülh prosesinin iştirakçısı olmalıdır.
"Biz tərəfdaşlarla ruslarla növbəti görüşlər - Ukraynanın tamamilə hazır olduğu və nəticə verəcək istənilən formatda birbaşa danışıqlar barədə danışırıq. Bizə kömək edən hər kəsə minnətdaram", - deyə Zelenski bildirib.