Məşğul qadınların sayı ötən il 1,6 faiz artaraq 48 faiz olub.

"Unikal" xəbər verir ki, bununla bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2024-cü il üzrə məlumatında qeyd edilib.

Sənəd Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılıb.

İllik məlumatda bildirilib ki, məşğul əhalinin sayı 2023-cü illə müqayisədə 1,3 faiz artaraq 2024-cü ilin sonuna 5029,8 min nəfər təşkil edib.

2024-cü ilin məlumatına əsasən, məşğul qadınların 15,0 faizi ali, 14,6 faizi orta ixtisas, 3,9 faizi peşə və 65,2 faizi isə orta təhsillidir. Məșğul qadınlar kişilərlə müqayisədə daha çox təhsil (75,7%), əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi (71,4%), ticarət və nəqliyyat vasitələrinin təmiri (63,9%), kənd təsərrüfatı, meşə təsərrüfatına balıqçılıq (54,6%), digər sahələrdə xidmətlərin göstərilməsi (53,6%), istirahət, əyləncə və incəsənət sahəsində fəaliyyət (53,2%) sahələrində fəaliyyət göstərirlər.

Sənəddə vurğulanıb ki, işsizlərin ümumi sayanın 55,6 faizini qadınlar (157 min nəfər) təşkil edib.

Ümumi respublika üzrə qadınlar arasında işsizlik səviyyəsi 6,1% (kişilər arasında 4.6%) səviyyəsində müşahidə edilib.

Hesabata əsasən, qadınlarla bağlanmış əmək müqavilələrin sayı 826,9 min, o cümlədən dövlət sektorunda 499,9 min (56,3%), qeyri-dövlət sektorunda isə 327,1 min (33,2%) təşkil edib.