Bakı şəhəri 158 nömrəli tam orta məktəbin direktoru Mehriban Ələkbərova səhhəti ilə bağlı xəstəlik vərəqəsi əsasında işə çıxmadığı üçün direktor vəzifəsinin müvəqqəti icrası Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşına həvalə olunub.
Bu barədə "Unikal"a Təhsil İdarəsindən bildirilib.
Qeyd edilib ki, Mehriban Ələkbərova işə qayıtdıqdan sonra onun barəsində qanunauyğun tədbirlərin görülməsi nəzərdə tutulur.
*** 12:30
“Səhhətimdə heç bir problem yoxdur".
Bunu “Unikal”a açıqlamasında işdən çıxarıldığı iddia edilən 158 nömrəli məktəbin direktoru Mehriban Ələkbərova deyib.
O, hazırda işdə olmadığını və onun haqqında yazılanlardan xəbərsiz olduğunu bildirib: "Hazırda işdə deyiləm. Hər şey qaydasındadır. İşdən də çıxmamışam”.
Zərifə Nağıyeva