Azərbaycanın I Liqasında çıxış edən "Qaradağ Lökbatan" klubunun baş məşqçisi Amit Quluzadə 5 oyunluq cəzalanıb.

"Unikal" xəbər verir ki, bu barədə AFFA-nın İntizam Komitəsinin iclasında qərar qəbul olunub.

A.Quluzadənin cəzalanmasına səbəb XXVI turun “Karvan” – “Qaradağ Lökbatan” oyunu bitdikdən sonra hakimləri təhqir etməsi olub. Baş məşqçinin hərəkətinə görə "Qaradağ Lökbatan" 400 manat cərimələnib.