"Avropa atəşkəs adı altında Ukraynanı yenidən silahlandırmaq istəyir". 

"Unikal" xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla danışıqların yekunlarına dair mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Qərb atəşkəs rejimini Kiyevi yenidən silahlandırmaq fürsəti kimi başa düşür. 

"Üstəlik, qeyd-şərtsiz atəşkəs çağırışları bir neçə ildən sonra Avropa İttifaqı və NATO üzvləri tərəfindən ifadə edilən tamamilə fərqli mövqedən sonra eşidilir: Ukrayna Rusiyadan daha güclü mövqe qazanana və Rusiya strateji məğlubiyyətə uğrayana qədər heç bir danışıqlar aparılmayacaq”, - Lavrov qeyd edib.