"Cənubi Qafqazda iki tendensiya toqquşub".
"Unikal" xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov mayın 21-də İrəvanda Ermənistan-Rusiya Universitetinin professorları və tələbələri ilə görüşündə deyib.
"Bir tendensiya region ölkələrinin seçimi, eləcə də qonşularının maraqlarına hörmətlə yanaşmasıdır. Digər bir tendensiya ondan ibarətdir ki, Qərb, ilk növbədə, Aİ regionda öz təsirini yaymağa və region ölkələrinin (Ermənistan, Azərbaycan və Gürcüstan) böyük qonşuları (Rusiya, İran və Türkiyə) ilə birləşməsinin qarşısını almağa çalışır. Bütün bunlar davam edir. Qərb “ya bizimlə, ya bizə qarşı” prinsipini irəli sürür", - deyə nazir qeyd edib.
Ağarza Elçinoğlu