"Bəziləri Rusiyanın Qarabağı Azərbaycana verdiyini iddia edərkən, faktlar bunun əksini deyirsə, bu ədalətli deyil".
"Unikal" xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov mayın 21-də İrəvanda Ermənistan-Rusiya Universitetinin professorları və tələbələri ilə görüşündə deyib.
Lavrov 2022-ci ilin oktyabrında Praqada Ermənistanın baş naziri Nikol Paşinyan tərəfindən Qarabağın Azərbaycanın bir hissəsi kimi rəsmən tanınması və Alma-Ata bəyannaməsinə istinad edərək deyib: "Biz bunu mediadan öyrəndik".
Ağarza Elçinoğlu