Ukraynanın Odessa vilayətində çağırışçı hərbi komissarlığın işçilərindən qaçmaq üçün ağaca çıxıb.
"Unikal" xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb.
Qeyd olunur ki, onlar yanğınsöndürən maşınların köməyi ilə vətəndaşı aşağı salmağa çalışıblar.
Hadisəni Ali Radanın deputatı Aleksey Qonçarenko şərh edib. O, baş verənləri "rüsvayçılıq" adlandırıb: "Onlar adamı ağacdan aşağı sala biliblər və dərhal həbs ediblər".
Ağarza Elçinoğlu