Türkiyənin “Qalatasaray” komandası 2024-2025-ci illər mövsümünün sonunda futbolçusu Dris Mertenslə yollarını ayıracaq.

"Unikal" Türkiyə mətbuatına istinadən xəbər verir ki, növbəti mövsüm üçün heyətdə düşünülməyən hücumçu İstanbul nəhəngi ilə vidalaşacaq.

Belçikalı oyunçu “cim-bom”un heyətində Türkiyə çempionu (3), ölkə kuboku (1) və Superkubokun (1) qalibi olub.

İddiaya görə, 38 yaşlı forvard karyerasının son 1 ilini İtaliyada keçirmək istəyir.

Qeyd edək ki, Dris Mertens 2022-ci ildən “Qalatasaray”da çıxış edir.