"Yalvarıram, 2018-ci illə bağlı sual verməyin, gedin 2018-ci illə bağlı müsahibələrimə baxın, saatlarla danışmışam". 

"Unikal" xəbər verir ki, bunu Ermənistanın üçüncü prezidenti Serj Sarkisyan məhkəmə qarşısına çıxarıldıqdan sonra jurnalistlərə açıqlamasında deyib. 

"Bir dəfə deyəcəm, amma canlı yayımda deyəcəm ki, insanlar da yönləndirilmiş və yönləndirilmədən sual vermək imkanı əldə etsinlər", - deyə o 2018-ci ildə baş verənlərlə bağlı açıqlama verərkən qeyd edib. 

Bunun nə vaxt baş verəcəyi ilə bağlı suala Serj Sarkisyan belə cavab verib: "Mən nə vaxt uyğun görsəm".

Ağarza Elçinoğlu