Xəzər rayonunun bəzi ərazilərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Bu barədə "Unikal"a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, Zirə qəsəbəsindəki qaz xəttinin kipliyə sınaq olunması məqsədi ilə 22.05.2025-ci il saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.

"Həmin müddətdə qaz təchizatında müvəqqəti fasilə yaranacaq", - məlumatda vurğulanıb.