ABŞ prezidenti Donald Tramp Vaşinqtonda iki israilli diplomatın ölümü ilə nəticələnən atışmanı "antisemitizmə əsaslanan hücum" adlandırıb.

"Unikal" xəbər verir ki, bu barədə o, "Truth Social" sosial şəbəkəsində yazıb. 

"Antisemitizmin motivasiya etdiyi dəhşətli qətllər indi dayandırılmalıdır!" – Tramp qeyd edib. 

O əlavə edib ki, ABŞ-də radikalizmə və nifrətə yer yoxdur.

ABŞ Daxili Təhlükəsizlik naziri Kristi Noem özünün "X" sosial media səhifəsində iki israilli diplomatın Vaşinqtonda Paytaxt Yəhudi Muzeyi qarşısında atışmada öldürüldüyünü təsdiqləyib.

"İsrail səfirliyinin iki əməkdaşı bu gecə Vaşinqtondakı Paytaxt Yəhudi Muzeyi qarşısında səbəbsiz yerə öldürülüb. Biz fəal şəkildə araşdırırıq", - nazir qeyd edib. 

Gülayə Mecid