Çexiyada ilin əvvəlindən hepatit A-ya yoluxma hallarında artım müşahidə olunur.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, ölkədə ilk dörd ayda 450 hadisə və altı ölüm qeydə alınıb. 

Çexiya rəsmiləri, nadir hallarda ölümlə nəticələnə bilən qaraciyərin iltihabına səbəb olan virusun yayılmasını izləmək çətin olduğu üçün infeksiyaların real sayının daha çox olduğunu söyləyirlər.

2022-ci ildə 30 Avropa ölkəsində 4548 hepatit hadisəsi qeydə alınıb.

Bildirilir ki ,sanitariya və gigiyenik şəraiti pis olan yerlər virusun çoxalması üçün ideal mühitdir.