"Ermənistan Aİ-yə üzv olmaq üçün ərizə təqdim etməyib". 

"Unikal" xəbər verir ki, bunu Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan deyib. 

Nazirin sözlərinə görə, Aİ-yə üzvlüklə bağlı qanun qəbul edilməyib: "Bu, prosesin başlanması ilə bağlı qanun layihəsidir. Ermənistan və Aİ arasında münasibətlərə gəlincə, xatırlatmaq istərdim ki, Ermənistanın baş naziri bəyan edib ki, Ermənistan Aİ-nin mümkün və ya icazəli hesab etdiyi qədər Aİ-yə yaxın olmağa hazırdır. Biz ərizə verməmişik. 50 mindən çox insan layihə təqdim edib, parlament də buna münasibət bildirib". 

Ağarza Elçinoğlu