"Real"ın futbolçusu Luka Modriç klubu tərk edir.
"Unikal" xəbər verir ki, bu barədə yarımmüdafiəçinin özü sosial şəbəkələrində paylaşım edib.
O, mövsümün sonunda Madrid təmsilçisini tərk edəcəyini açıqlayıb. 39 yaşlı oyunçu bu həftəsonu "Santiago Bernabeu"da sonuncu matçını keçirəcək və azarkeşlərlə vidalaşacaq.
Qeyd edək ki, Luka Modriç "Real"a 2012-ci ildə "Tottenhem"dən transfer olunub.
Xatırladaq ki, daha öncə Madrid klubunun futbolçusu Lukas Vaskesin komandadan ayrılacağı bəlli olmuşdu.