Ailə Məcəlləsinə əsasən, Azərbaycan Respublikasında nikah yaşı 18 yaş müəyyən olunur. Bununla yanaşı sənəddə bildirilirdi ki, üzrlü səbəblər olduqda, nikaha daxil olmaq istəyən və nikah yaşına çatmamış şəxslərin yaşadıqları ərazinin müvafiq icra hakimiyyəti orqanı onların xahişi ilə nikah yaşının 1 ildən çox olmayaraq azaldılmasına icazə verə bilər. Bu ilin iyul ayının 1-dən etibarən isə ölkə ərazisində 17 yaşında nikaha daxil olmaq istəyənlər üçün qanunun sərtləşdirilib. Belə ki, 2025-ci ilin iyul ayınınn ilk günündən nikah yaşına çatmamış şəxslərə tətbiq olunan üzrlü səbəblər ləğv olunur. Beləliklə istisnasız olaraq rəsmi nikaha daxil olmaq istəyənlərin minumum yaş həddi 18 olaraq müəyyən edilir.
"Unikal" modern.az-a istinadən xəbər verir ki, 2024-cü il üzrrə respublikanın 14 iqtisadi rayonu üzrə 185 nəfər 17 yaşında rəsmi nikaha daxil olub.
2023-cü ildə isə yetkinlik yaşına çatmayan 249 nəfərə icra orqanları tərəfindən evlilik üçün icazə verilib.
Paytaxtda mövcuz vəziyyət
Bakı iqtisadi rayonuna daxil olan rayonlar arasında Sabunçuda 4, Xəzərdə 2, Pirallahıda isə il ərzində sadəcə 1 17 yaşında şəxslərin nikahının rəsmiləşdirilməsi halı qeydə alınıb. Bakının digər rayonları – Binəqədi, Nəsimi, Nizami, Nərimanov, Yasamal, Xətai, Suraxanı, Səbail, Qaradağda isə bənzər hallar qeydə alınmayıb.
Ən çox 17 yaşında nikah halı qeydə alınan iqtisadi rayon
Qarabağ iqtisadi rayonu respublika üzrə rəsmi evlilik yaşına çatmadan, icra orqanlarına üzrlü səbəblərdən müraciət edən və 17 yaşda evlilik halının ən çox olduğu bölgədir. Region üzrə bu hal ən çox Bərdə rayonunda qeydə alınıb. Bir il ərzidən Bərdədə 17 rəsmiləşən erkən nikah halı qeydə alınıb ki, bu da səkkiz iqtisadi rayondan daha yüksək göstərici hesab edilir. Bərdədən sonra ən çox üzrlü səbəblərdən 17 yaşda rəsmiləşən nikah sayı Ağcabədidə qeydə alınıb ki, bu göstərici isə 12-dir. Region üzrə sadəcə Şuşada bənzər hal qeydə alınmayıb. Füzuli, Xocalı və Xocavənddə il ərzində sadəcə 1 17 yaşında nikah halı qeydə alınıb. Bənzər göstəriciləri Tərtərdə 6, Ağdamda isə 3-dür.
Ən çox 17 yaşında nikah halı qeydə alınan iqtisadi rayonlar
Abşeron-Xızı iqtisad rayonuna daxil olan Sumqayıt şəhəri, o cümlədən Abşeron rayonu və Xızıda 17 yaşında rəsmi nikaha daxilolma halı qeydə alınmayıb.
Naxçıvan iqtisadi rayonuna daxil olan 8 şəhər və rayonda – Babək, Culfa, Kəngərli, Ordubad, Sədərək, Şahbuz, Şərur və Naxçıvanda 17 yaşında nikahın rəsmiləşdirilməsi üçün heç bir hal qeydə alınmayıb.
İqtisadi rayonlar üzrə statistika
Gəncə-Daşkəsən – 22 hal
Bu iqtisadi rayon üzrə 17 yaşında evləndirilən şəxslərin sayı ən çox Göygöldə qeydə alınıb. Sözügedən rayonda 17 hal qeydə alınıb. Gəncədə 1, Daşkəsəndə 2, Samuxda isə 2 şəxsə icra orqnları tərəfindən 17 yaşda rəsmi nikaha daxil olmağa icazə verilib.
Şəki-Zaqatala – 6 hal
Şəki şəhərində 18 yaşına çatmadan üzrlü səbəblərdən 4, Balakəndə isə 2 nəfərə evlilik yaşından 1 il əvvəl nikaha daxil olmağa icazə verilib. İqtisadi rayona daxil olan Qax, Qəbələ, Oğuz və Zaqatalada bənzər prosesə qeydə alınmayıb.
Lənkəran-Astara – 4 hal
Cənub zonasında ümumilikdə 17 yaşda rəsmi nikaha daxil olanların sayı dörddür ki, bu da Lənkəran və Yardımlıda müvafiq olaraq 2 hal qeydə alınıb. Astara, Cəlilabad, Masallı və Lerikdə isə 17 yaşına çatmış şəxslər arasında rəsmi nikah qeydə alınmayıb.
Quba-Xaçmaz – 9 hal
Quba və Qusarda fəaliyyət göstərən icra orqanlarına 17 yaşında rəsmi nikaha daxil olmaqla bağlı müraciət olunmayıb. İqtisadi rayonun digər rayonlarında müvafiq göstəricilər aşağıdakı kimidir:
Xaçmaz – 2, Şabran – 3, Siyəzən – 4
Mərkəzi Aran – 23 hal
Bu iqtisadi rayonun tərkibində olan Kürdəmir və Ucarda 1, Yevlaxda 8, Ağdaşda 6, Zərdabda 4, Mingəçevir şəhərində isə 3 bənzər hal qeydə alınıb. Mərkəzi Aran bölgəsində sadəcə Göyçay rayonunda 17 yaşda rəsmi nikaha daxilolma qeydə alınmayıb.
Şərqi Zəngəzur – 1 hal
Yalnız Kəlbəcər rayonunda 1 nikah yaşına çatmayan və icra orqanlarına üzrlü hal üçün müraciət edərək 17 yaşında rəsmi nikaha daxilolma qeydə alınıb.
Dağlıq Şirvan – 24 hal
Ağsuda 9, Şamaxıda 7, İsmayıllıda 5, Qobustanda isə 3 nəfər nikah yaşına çatmadan rəsmi nikaha daxil olub.
Qazax-Tovuz – 17 hal
Qazax-Tovuz iqtisadi rayonuna daxil olan 5 rayonun sadəcə 2-sində 17 yaşında şəxslərin rəsmi nikahı qeydə alınıb. Burada ən böyük pay Tovuz rayonun üzərinə düşür. Belə ki, Tovuzda 16 nəfər üzrlü hallar səbəbi ilə rəsmi nikaha 1 il tez daxil olub. Digər 1 hal isə Ağstafada baş tutub.
Mil-Muğan – 13 hal
Mil Muğam iqtisadi rayonunda erkən yaşda rəsmi nikaha ümumilikdə 13 hal qeydə alınıb ki, bunun da 7-si Saatlı, 5-i Sabirabadın, 1-i isə Beyləqanın payına düşüb.
Şirvan-Salyan – 18 hal
Bu iqtisadi rayonun tərkibində olan Biləsuvarda 10, Salyanda 4, Hacıqabulda 3, Şirvanda isə 1 bənzər hal qeydə alınıb. Şirvan-Salyan bölgəsində sadəcə Netfçala rayonunda 17 yaşda rəsmi nikaha daxilolma qeydə alınmayıb.