Rusiyaya külli miqdarda heroin gətirməkdə ittiham olunaraq 11 il əvvəl axtarışa verilən Tacikistan vətəndaşı Emomov Tagaymurod Azərbaycanda saxlanılıb. 

"Unikal" xəbər verir ki, bu barədə TASS hüquq-mühafizə orqanlarına istinadən məlumat yayıb. 

Məlumata görə, Emomov narkotik vasitələrin tədarükü ilə məşğul olan cinayətkar qrup təşkil etdiyinə görə 11 ildən artıqdır ki, beynəlxalq axtarışda olub. Onun Rusiyaya ekstradisiyası gözlənilir.

Müstəntiqlər hesab edirlər ki, həmin şəxs ölkəyə yüzlərlə kiloqram heroin gətirildiyi bütün kuryerlər şəbəkəsinin fəaliyyətini əlaqələndirib . Cinayətkar qrupun bir çox üzvləri artıq mühakimə olunub və etirafları ilə Emomovu sxemin əsas təşkilatçısı kimi göstəriblər. Onların bəziləri cəzasını çəkdikdən sonra artıq azadlığa buraxılıb.

Ağarza Elçinoğlu