ABŞ dövlət katibi Marko Rubio Rusiyaya qarşı daha sərt sanksiyaların tətbiqinə çalışır. ABŞ prezidenti Donald Tramp isə bu təşəbbüsə ehtiyatla yanaşır.
"Unikal" xəbər verir ki, bu barədə "New Lines" nəşri məlumat dərc edib.
Mənbə qeyd edib ki, Rubio hər gün sanksiya məsələsini gündəmə gətirir və Konqresdə səsverməyə can atır. Eyni zamanda, ABŞ prezidenti Donald Tramp məhdudlaşdırıcı tədbirlərin gücləndirilməsi ilə bağlı ehtiyatlı davranır.