Yeddilik (G7) ölkələrinin maliyyə nazirləri birgə bəyanat yayaraq, Moskvanın Ukraynada atəşkəslə razılaşmadığı təqdirdə Rusiyaya təzyiqləri, o cümlədən sanksiyaları gücləndirməklə hədələyiblər.

"Unikal" xəbər verir  ki, bu barədə "Deutsche Welle" nəşri yazıb. 

Onlar Rusiyanın davam edən hücumunu pisləyib və bildiriblər ki, “münaqişə zamanı Rusiyaya dəstək verən istənilən təşkilat” Ukraynanın yenidən qurulması müqavilələrindən kənarlaşdırılacaq.

Nəşr yazır ki, G7 ölkələrinin maliyyə nazirləri qlobal iqtisadi siyasətdə qeyri-müəyyənliyin pik həddinin artıq keçdiyi barədə fikir bildiriblər. Onlar bazarları sabitləşdirmək və ümumi siyasət məqsədlərini həyata keçirmək üçün birlikdə çalışacaqlarını bildiriblər.