Azərbaycan Respublikası Prezident Administrasiyasının şöbə və ya ona bərabər tutulan digər struktur bölmə rəhbərinin müavinləri diplomatik pasport əldə edə biləcək.
"Unikal" xəbər verir ki, bu barədə məsələ parlamentin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Pasportlar haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Müzakirələrdən sonra məsələ səsverməyə qoyularaq I oxunuşda təsdiq edilib.
Anar Kəlbiyev