İcarə əsasında Niderlandın “Ayaks” komandasında çıxış edən Daniele Ruqani yayda müqavilə ilə məxsus olduğu İtaliya “Yuventus”una qayıdacaq.
"Unikal" xarici mətbuata istinadən xəbər verir ki, Amsterdam təmsilçisi 30 yaşlı müdafiəçini birdəfəlik transfer etməyəcək. Oyunçu özü də Turin klubuna qayıdıb, əsas heyət üzvü olmaq istəyir.
İtaliya millisinin sabiq futbolçusunun “Yuventus”la müqaviləsi 2026-cı ildə başa çatacaq.