UEFA Avropa Liqasında 2024/25 mövsümünün ən yaxşı 10 qolu müəyyənləşib.
"Unikal" xəbər verir ki, bu barədə UEFA-nın saytı məlumat yayıb.
"10-luq"da "Qarabağ"ın futbolçusu Toral Bayramovun Liqa mərhələsi çərçivəsində Norveç "Budo-Qlimt"i ilə matçda (2:1) vurduğu qol da yer alıb. Bu qol sıralamada 7-ci olub.
1-ci yeri isə Türkiyə "Qalatasaray"ının futbolçusu Yunus Akgünün Liqa mərhələsində "Tottenhem"ə vurduğu qol tutub.