Rusiya və Ukrayna arasında əsirlərin mübadiləsi dövlətlər arasında etimadın möhkəmləndirilməsi istiqamətində mühüm addımdır.
"Unikal" xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Ərdoğan bildirib ki, Türkiyə İstanbulda Ukrayna və Rusiya arasında keçirilən danışıqlarda müzakirə olunan məhbusların mübadiləsi kimi məsələləri etimadın möhkəmləndirilməsi istiqamətində mühüm addım hesab edir.
Ərdoğan əlavə edib ki, münaqişəyə son qoymaq üçün fürsət qaçırılmamalıdır.