Misli Premyer Liqasında mövsümün sonuncu turunun matçları davam edir. 

"Unikal" xəbər verir ki, bu gün daha iki oyun keçiriləcək. 

Əvvəlcə çempionluğu rəsmiləşdirən “Qarabağ” səfərdə 7-ci pillədəki “Şamaxı”nın qonağı olacaq. 

Daha sonra isə “Sabah” “Neftçi”ni qəbul edəcək. Bu görüşdə beşinci yerin sahibi müəyyənləşəcək. 

Qeyd edək ki, turun açılış oyununda “Sumqayıt” “Səbail”i 4:1 hesabı ilə məğlub edib. Tura sabah keçiriləcək 2 oyunla yekun vurulacaq.