"Liverpul"un hücumçusu Məhəmməd Salah Premyer Liqada mövsümün ən yaxşı oyunçusu seçilib.

"Unikal" xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

32 yaşlı futbolçu Premyer Liqanın 2024/2025 mövsümündə 37 matça çıxıb, 28 qol vurub və 18 məhsuldar ötürmə verib. O, "Liverpul"la Premyer Liqanın qalibi olub.