Goranboy Rayon Mərkəzi Xəstəxanasının direktoru Yahyayev Rauf Ruzvay oğlu işdən çıxarılıb.

"Unikal"ın məlumatına görə, onun vəzifəsi hələlik xəstəxananın baş həkimi Arzu Teymurovaya həvalə edilib.

Bildirilib ki, Rauf Yahyayev öz ərizəsi ilə işdən çıxıb. O bu vəzifəyə 2022-ci ildə təyin edilmişdi.

Qeyd edək ki, R.Yahyayevin adı son vaxtlar qalmaqallarda hallanırdı. O, ötən illin fevralında bir qrup şəxs tərəfindən döyülüb.

Tural Əhmədov