Naməlum şəxslər Mozambik sahillərində Rusiyanın “Atlantis” tədqiqat gəmisini atəşə tutub.
"Unikal" xəbər verir ki, bu barədə Rusiyanın Mozambikdəki səfirliyinin mətbuat attaşesi Polina Jukova açıqlayıb.
"Hadisə mayın 10-da baş verib, gəmidə olan ruslardan heç biri xəsarət almayıb. Avadanlıqlar bir qədər zədələnib. Bundan sonra gəmi Maputo limanına daxil olub, daha sonra Cənubi Afrikanın Durban limanına doğru yola düşüb", - deyə məlumatda qeyd olunub.
Bu gün Mozambik hökumətinin rəsmi nümayəndəsi, dövlət idarəçiliyi və dövlət xidməti naziri İnocencio Impisa bəyan edib ki, hakimiyyət ölkənin şimal-şərqindəki Kabo Delqado əyalətinin sahillərində Rusiyanın “Atlantis” gəmisinə hücumun səbəblərini araşdırır.
Ağarza Elçinoğlu