Yunanıstan və Ermənistanın müdafiə şirkətləri Uttar Pradeşdə gələcək müdafiə dəhlizinə investisiya yatırmaqda maraqlı olduqlarını bildiriblər.
"Unikal" xəbər verir ki, bu barədə "The Times of India" yazıb.
İki ölkə hökumətinin nümayəndələri Afinada keçirilən müdafiə sərgisi çərçivəsində baş katib Manoj Kumar Sinqh ilə görüşüb və Hindistan şirkətləri ilə mümkün əməkdaşlığı müzakirə ediblər.
Sinq Afina sərgisinə qatılan nümayəndə heyətinə rəhbərlik edib və burada müdafiə dəhlizinə investisiyaları müzakirə etmək üçün digər sənaye liderləri ilə görüşüb.
Ağarza Elçinoğlu