Qaxda dolu təssərüfatlara ciddi ziyan vurub.

"Unikal" xəbər verir ki, bu gün axşam saatlarında  havanın birdən-birə dəyişməsi və güclü küləklə müşahidə olunan dolu Qax rayonunun bir neçə kəndində təssərrüfatlara ziyan vurub. Təqribən 15-20 dəqiqə davam edən dolu rayonun Tasmalı, Qarabaldır, Zəyəm kəndlərində taxıl sahələrini, fındıq bağlarını və şəxsi təssərrüfatları yararsız vəziyyətə salıb.

Bundan əlavə, güclü külək Qarabaldır kəndində iri gövdəli ağacı Yevlax-Zaqatala-Gürcüstan magistralına aşırdaraq yolu bağlayıb. Aidiyyatı qurumlar az müddətdə yolu təmizləyərək avtomobillərin gediş-gəlişini bərpa ediblər.

 Seymur Əli