Avropa Komissiyasının sədri Ursula fon der Lyayen ABŞ prezidenti Donald Trampla telefon danışığı aparıb.
"Unikal" xəbər verir ki, bu barədə o, sosial şəbəkə hesabında bildirib.
Fon der Lyayen Trampla danışığını "yaxşı" adlandırıb.
O qeyd edib ki, Aİ və ABŞ "dünyada ən mühüm və sıx ticarət əlaqəsinə malikdirlər". Fon der Leyen vurğulayıb ki, Avropa ölkələri ABŞ-la ticarət sazişi üzrə danışıqlarda "sürətli və qətiyyətlə" irəliləməyə hazırdır.
"Yaxşı bir razılaşma əldə etmək üçün iyulun 9-na qədər vaxt lazımdır", - AK rəhbəri qeyd edib.