Misli Premyer Liqasında 2024/2025-ci illər mövsümünün bombardiri “Qarabağ”ın futbolçusu Leandro Andrade olub.

Peşəkar Futbol Liqasından "Unikal"a verilən məlumata görə, portuqaliyalı yarımmüdafiəçi mövsümdə 15 qol vurub. O, ilk dəfə Premyer Liqanın bombardiri mükafatını qazanıb.

Ardıcıl 4-cü, tarixdə 10-cu dəfə “Qarabağ”ın futbolçusu Azərbaycan çempionatlarının ən məhsuldar oyunçusu olub. Ağdam klubu oyunçularının bombardirliyi sayında rekordçudur.