Basketbol üzrə Avroliqanın qalibi bəlli olub.

"Unikal" xəbər verir ki, final qarşılaşmasında Türkiyənin "Fənərbağça" klubu ilə Fransanın "Monako" komandası üz-üzə gəliblər.

Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi şəhərində yerləşən” Etihad Arena”da keçirilən görüş İstanbul təmsilçisinin 81:70 hesablı qələbəsi ilə yekunlaşıb.

Bununla da "sarı-lacivərdlilər" ikinci dəfə Avroliqanın çempionu adına sahib çıxıblar.