Sosial şəbəkələrdə şəhid ailəsi üzvünün digər vətəndaşla mübahisə etdiyinə dair görüntülər yayılıb.
DİN-in Mətbuat Xidmətinin regional qrupundan "Unikal"a bildirilib ki, yayılan görüntülərdən məlumatlıdırlar:
"Tərəflər arasında olan mübahisə Füzuli Rayon Polis Şöbəsində araşdırılır. Mübahisə tərəflərinin əməllərinə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar məhkəməyə göndəriləcək", - deyə açıqlamada qeyd olunub.