Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatında daha bir oyun keçirilib.

"Unikal" xəbər verir ki, günün ilk matçında E qrupunun Kosta Rika - Tailand matçı baş tutub.

Milli Gimnastika Arenasındakı qarşılaşma Asiya təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 4:1.

Xallarının sayını 7-yə çatdıran Tailand növbəti mərhələyə vəsiqə qazanıb. Qrupda bütün oyunlarda uduzan Mərkəzi amerikalılar turnirlə vidalaşıb. E qrupunun İndoneziya - Monteneqro görüşü bu gün saat 20:00-da başlayacaq.

Qeyd edək ki, dünya çempionatı iyunun 1-də başa çatacaq.